Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsmayıllıda “Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” – FOTO

Keçirilən seminarda dindarları maraqlandıran suallar cavablandırıldı

İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ”Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

“Din.az” xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev İsmayıllıda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək ölkəmizdə mövcud olan tolerantlıq mühitindən və eləcə də ölkə rəhbərliyinin dindarlara qayğısından bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib. Səyyad Salahlı eyni zamanda, ölkəmizdə dini ekstremizmə qarşı keçirilən çoxşaxəli maarifləndirmə tədbirləri barədə iştirakçıları məlumatlandırıb, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı, koordinasiyalı fəaliyyətin, məlumat mübadiləsinin daha da gücləndirilməsinin, bu sahədə dini icma rəhbərlərinin üzərinə düşən işin önəmini vurğulayıb. O, ölkəmizin sahib olduğu əmin-amanlıq şəraitini qorumaq üçün milli-mənəvi dəyərlərimizə sahib çıxmağın və radikal dini düşüncələrə qarşı ideoloji mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.

Daha sonra QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

dini_qurumlar_tedbir_170816_04

dini_qurumlar_tedbir_170816_03

dini_qurumlar_tedbir_170816_02

dini_qurumlar_tedbir_170816_01

dini_qurumlar_tedbir_170816_05

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...