Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İspaniya Ramazan ayına 150 min avro ayırıb

Müqəddəs ay üçün büdcə ayrıldı

Müsəlmanlara münasibətin birmənalı olmadığı bir dövrdə Avropanın ən böyük dövlətlərindən biri olan İspaniya jest edib.

“A24.az”ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Madrid bələdiyyəsi Ramazan ayında keçiriləcək tədbirlər üçün büdcəsindən vəsait ayırıb. Bu vəsait 150 min avro civarındadır.

İspaniyaniyanın 3-cü böyük siyasi partiyası solçu “Podemos”un Madriddəki qolu “Ahora Madrid” partiyasının rəhbərlik etdiyi bələdiyyə müsəlmanlar üçün büdcə ayıraraq bir ilkə imza atıblar.

Lakin bu qərar heç də birmənalı qarşılanmayıb. Mühafizəkar katoliklərin sərt reaksiyasına səbəb olub. Bəzi qəzetlər isə xristianlar üçün böyük önəm daşıyan Pasxa bayramı üçün eyni bələdiyyənin 178 min avro ayırdığını xatırladıb. Onlar Çin yeni ili, Ramazan və Pasxaya demək olar ki, eyni miqdarda büdcə ayrılmasına etiraz ediblər.

ABC qəzetinin məlumatına görə, önəmli turizm məkanlarından biri olan Madriddə 278 906 müsəlman yaşayır. Çinlilərin sayı isə 49 831 nəfərdir. Qəzet bələdiyyənin bu qərarını “Madrid bələdiyyəsi Manuela Karmena çinlilərə 3 avro, müsəlmanlara 50 sent, katoliklərə isə 5 sent verir”, formasında şərh edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...