Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İspaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırdı – Səbəbi YƏMƏN

Satılacaq bombaların Yəməndə istifadə olunacağı ehtimal edilir.

İspaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırıb.

Din.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya 400 lazer başlıqlı bombalar üçün ödənilən 9,2 milyon avronu isə geri qaytaracaq.

Satılacaq bombaların Yəməndə istifadə olunacağından dolayı İspaniyanın Müdafiə Nazirliyi həmin silahların satışını dayandırdığını bildirib.

Nazirlikdən İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə verilən açıqlamaya görə, bombalar üçün ödənilən 9,2 milyon avro geri qaytarılacaq və 2015-ci ilin yanvar ayında İspaniya ilə Səudiyyə Ərəbistanı arasında imzalanan müqavilə ləğv olunacaq.

İspaniyanın Müdafiə Nazirliyi satılan bombaların avtobus hadisəsində olduğu kimi dinc əhaliyə atıla biləcəyini düşündüyü üçün silah satışını nəzərdən keçirəcəyi ilə bağlı açıqlama vermişdi.

Qeyd edək ki, avqustun 9-da Yəmənin Sada vilayətində uşaqları aparan avtobusa edilən silahlı hücum zamanı 51 nəfərin öldüyü, 79-nun yaralandığı açıqlanmışdı. Ölənlərdən 40-nın, yaralılardan isə 56-nın uşaq olduğu bildirilib.

Koalisiya Qüvvələrinin sözçüsü Turki el-Maliki də Sadada həyata keçirilən silahlı hücum zamanı xətaya yol verdiklərini boynuna almışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...