Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İspaniyada məscidə atəş açılıb

Naməlum şəxslər məscidi odlu silahdan bir neçə dəfə atəşə tutublar.

İspaniyanın Seuta muxtar şəhərində naməlum şəxslər məscidi odlu silahdan bir neçə dəfə atəşə tutublar.

Din.az xəbər verir ki, bu barədə “Efe” agentliyi məlumat yayıb.

Hadisə Afrikanın şimalında – Mərakeşlə sərhəddə yerləşən anklavda, Seuta muxtar şəhərində baş verib. İki nəfər məscidə hücum edib və 4 dəfə atəş açıblar. Xəsarət alan olmasa da məsciddə ibadət edən insanlar arasında vahimə yaranıb.

Silahlı şəxslər hadisə yerindən qaçıblar. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...