Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrafa görə cərimələyəcəklər -Səudiyyə Ərəbistanında

Səudiyyə vətəndaşı orta hesabla ildə 250 kiloqram ərzağı zibilxanaya atır.

Yeməklərdə yol verilən israf yaxın zamanlarda Səudiyyə Ərəbistanında ciddi qanun pozuntusuna çevrilə bilər. Hazırda Krallığın Məşvərət Şurası müvafiq qanun layihəsini nəzərdən keçirir.

Din.az bildirir ki, Səudiyyə Ərəbistanı artıq uzun illərdir ki, adam başına düşən qida tullantılarının ən çox olduğu ölkələr siyahısına başçılıq edir. Belə ki, Səudiyyə vətəndaşı orta hesabla ildə 250 kiloqram ərzağı zibilxanaya atır. Dünya üzrə müvafiq orta statistik göstərici isə 115 kiloqram təşkil edir.

Leftovers

Belə israf Dövlət büdcəsinə ildə 13 milyard dollar ziyan vurur. Yeni qanunun tətbiqində əsas məqsəd cəmiyyətdə rasional istehlak mədəniyyəti aşılamaqdır.

Sənədə əsasən, yarımçıq yeyilmiş yeməklərə görə (ümumi çəkisi 1 kiloqramdan artıq olarsa) müştərilər restoranda yeməyin ümumi dəyərinin 5% – 20%-ni cərimə kimi ödəyəcəklər. Amma müştəri yeməyin qalıqlarını özü ilə aparacağı təqdirdə cərimədən qurtula biləcək.(Oxu.Az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...