Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail 65 fələstinli uşağa “ev həbsi” verdi

İsrail həbsxanalarında 300 uşaq var…

İsrail rəhbərliyi tərəfindən bu il ərzində 65 fələstinli uşaq haqqında “ev həbsi” qərarı verilib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin Qurtuluş Təşkilatının nəzdində fəaliyyət göstərən Əsirlər Heyətinin sədri İsa Karaki, Ramallah yaxınlığındakı Ramon diyarında evə həbs edilən iki fələstinli qız uşağının ailələrini ziyarət etdikdən sonra verdiyi yazılı açıqlamada, İsrail rəhbərliyinin bu il Qüdsdəki 65 fələstinli uşaq haqqında “ev həbsi” qərarını çıxartdığını bildirib.

İsrailin fələstinli uşaqları nəzarət altına almağa davam edərək beynəlxalq idarəyə və BMT qərarlarına meydan oxuduğunu ifadə edən Karaki, 12 fələstinli uşağın sorğu-sual olunmadan “inzibati məhbus” olaraq nəzarətdə saxlandığını, 18-nin isə Qüdsdəki evlərindən uzaqlaşdırıldığını qeyd edib.

İsrail həbsxanalarında 300 uşaq var…

Fələstinin rəsmi statistikalarına görə, İsrail həbsxanalarında 300-ü uşaq olmaqla 7 min fələstinli var.

İsrail, ümumiyyətlə “İsrail qüvvələrinə və yəhudi miqrantlara” daş atdıqları səbəbiylə” fələstinli uşaqlar haqqında “ev həbsi” qərarını çıxarıb. Sözügedən uşaqların valideynlərinin iştirakı ilə həkimə getməsinin xaricində çölə çıxmalarına icazə verilmir və bu hal uşaqların təhsil almalarına mənfi yöndə təsir edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...