Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İSRAİL AZANI QADAĞAN ETDİ – MÜSƏLMANLAR HEYRƏT İÇİNDƏ

Qadağaya əməl edilmədiyi təqdirdə İsrail əsgərləri kəndə hücum edəcəklər.

İsrail Qərbi Şəriyədə yerləşən bir kənddə yəhudilərin narahat olduğunu əsas gətirərək məscidin minarəsindən səsgücləndirici ilə azanın oxunmasını qadağan edib.

Din.az bildirir ki, Əl-Xəlilin cənubunda Xalq Müqavimət Komitəsinin koordinatoru Ratib Əl-Cəbur verdiyi açıqlamada, israilli qüvvələrin Əl-Xəlilin cənubundakı Musafir Yatta bölgəsində Et-Tuvani kəndinə hücum etdiyini və “Şifahen” kənd məscidindən səsgücləndiricilərlə azan oxunmasını qadağan etdiklərini bildirib.

İsrail əsgərləri qadağaya əməl edilmədiyi təqdirdə kəndə ikinci dəfə hücum edəcəklərini deyiblər.

Qeyd edək ki, Fələstin və İsrail hökuməti arasında 1995-ci ildə imzalanan “İkinci Oslo Andlaşması” çərçivəsində Qərbi Şəriyə A, B və C bölgələrinə ayrılıb. 18 faizi əhatə edən “A bölgəsi”nin idarəetməsi inzibati və təhlükəsizlik baxımdan Fələstinə, 21 faizi əhatə edən “B bölgəsi”nin idarəçiliyi Fələstinə, təhlükəsizliyi İsrailə verildiyi halda, 61 faizini əhatə edən “C bölgəsi”nin idarə və təhlükəsizliyi İsrailə təhvil verilib.

İsrail hökuməti fələstinlilərin C bölgəsində tikinti işləri aparmasına imkan vermir. İsrailin işğalında olan Şərqi Qüdsdə 200 mindən çox, Qərbi Şəriyədə isə 400 mindən çox Yəhudi miqrantlar yaşayır.

Beynəlxalq ictimaiyyət İsrail tərəfindən işğal edilmiş bu ərazilərdə Yəhudi yaşayış məntəqələrini qanunsuz sayır. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...