Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail bu səfər Suriyanı hədəf aldı

İsrail Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə davam edir.

İsrail səhər saatlarında Suriyanın Şam şəhərini raket hücumuna məruz qoyub.

Din.az xəbər verir ki, İsrailin Haaretz xəbər saytı, İsrailin Suriya paytaxtı Şam şəhərindəki araşdırma mərkəzinə raket mərmisi atdığını bilidirib. Şam yaxınlığında 3 partlayış eşidildiyi və Suriyanın hava müdafiə sistemlərinin İsrailin bu hücumlarına qarşı cavab verdiyi qeyd edilib.

Almaniyanın DPA xəbər agentliyinə danışan Suriya rəsmisi hava müdafiə sistemlərinin İsrail rejiminə cavab verdiyini və hava müdafiə sistemlərinin hədəfə çatmadan zərərsizləşdirildiklərini açıqlayıb.
Suriyanın dövlət televiziya kanalı bu gün səhər saatlarda Şam şəhərinə atılan raket mərmilərinin İsrailin Suriyaya təcavüzü olaraq qiymətləndirib. Haaretz saytı siə İsrailin Cəmradaya hücum etmədiyini və dekabr ayında Əsəd rejiminin də Şam şəhərini hədəf alan ilk hücum təşkil etdiyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...