"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

İsrail daha bir fələstinlinin evini uçurtdu

Share Button

Fələstinlinin evi siyasi motivli tapşırıqla əlaqədar dağıdılıb

İsrailli hərbçilər daha bir fələstinlinin evini uçurub və İordan çayının qərb sahilində 11 nəfəri həbs edib.

İsrail ordusu nümayəndəsi Ovijaa Adrayenin bəyanatında bildirilir ki, yəhudi hərbçilərin qətlə yetirdiyi fələstinli Məhəmməd Nasir Tarayyirin Əl-Xəlil şəhərinin Beni Naim rayonundakı evi siyasi motivli tapşırıqla əlaqədar uçurdulub.

“Din.az”ın məlumatına görə, bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Bundan əlavə, Adraye demişdir ki, İordan çayının qərb sahilindəki müxtəlif regionlarda, məsələn, Cənin, Nəblus və Tülkərm şəhərlərində 11 fələstinli saxlanmışdır. Onlardan 3-ü HƏMAS üzvü, 1-i isə “Fələstinin islam cihadı” hərəkatının üzvüdür.

Xatırladaq ki, fələstinli Tarayyir iyunun 30-da İordan çayının qərb sahilinin cənubunda Kiryat-Arba qəsəbəsində yəhudi məskununu öldürdüyünə görə israilli hərbçilər tərəfindən qətlə yetirilmişdir. Bundan sonra onun evinin sökülməsi və ailə üzvlərinin işdən qovulması barədə qərar qəbul edilmişdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir