Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail əsgərlərinə müsəlmanlara qarşı “mərhəmətsizlik” öyrədiləcək

ABŞ ordusu da sözügedən “təhsil proqramı” ilə yaxından maraqlanır…

İsrail əsgərlərindəki stress, mərhəmət, peşmanlıq və qayğı hislərinin qarşısını almaq üçün yeni bir psixoloji layihə başladılıb.

Ölkədə davam edən Qəzza müharibəsi səbəbiylə yaşanan qarşıdurmalar zamanı İsrail əsgərlərinin əksəriyyəti fələstinliləri öldürdükdən sonra “travmadan sonra stress pozğunluğu” yaşayır.

“Din.az” xəbər verir ki, “Haaretz və Jarusalem Post”da yer alan xəbərə görə, Tələviv Universitetindəki araşdırmaçılar bu vəziyyətin qarşısını almaq üçün yeni bir layihə başladıb. ABŞ ordusu da sözügedən “təhsil proqramı” ilə yaxından maraqlanır və layihənin uğurlu olduğu halda öz ölkəsində də tətbiq etmək istəyir.

Daha diqqətli və daha mərhəmətsiz olmaq…

Yeni təhsil prqramı əsgərlərin ətrafındakı təhlükələrə qarşı daha diqqətli və daha mərhəmətsiz hala gətirəcək nevroloji funksiyaları özündə birləşdirir.

Tələviv Universiteti Psixologiya Fakultəsinin müəllimi Dr.Yair Bar Haim verdiyi açıqlamada “əsgərlər üçün potensial təhlükələr olduğunu gördük. Lahiyə zamanı əhəmiyyətli inkişafın baş verəcəyini müşahidə etdik” deyib.

İsrail rəhbərliyi, 2014-cü ildə də fələstinliləri öldürdükdən sonra psixoloji gərginlik yaşayan əsgərlər üçün belə bir proqram həyata keçirmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...