Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail Fars körfəzi ölkələri ilə dostlaşmaq qərarına gəldi

Yaxın Şərqdə hansı hadisələr baş verir?

İsrailin xarici işlər naziri İsrael Kats İran körfəzi ölkələrindən olan həmkarları ilə hücum etməməyə dair müqavilə bağlamaq təklifini müzakirə edib.

Din.az bildirir ki, bu barədə RİA “Novosti” İsrailin “Arutz 12” telekanalına istinadən xəbər verir.

Katsın sözlərinə görə, o, bu təşəbbüsü ABŞ prezidentinin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Ceyson Qrinblatla müzakirə edib.

Müqavilənin bağlanması iqtisadi sahədə münasibətlərin normallaşdırılması və terrorçuluğa, həmçinin İranın təcavüzünə qarşı birgə mübarizə üçün zəruridir. Həmçinin qeyd edilir ki, hazırkı mərhələdə İsrail-Fələstin münaqişəsi ilə bağlı tam hüquqlu sülh razılaşmaları imzalana bilməz.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...