Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq

“Əsrin sazişi” adı ilə tanınan planın siyasi hissəsi açıqlana bilər.

ABŞ hökuməti İsrail-Fələstin münaqişəsinin həllinə dair “əsrin sazişi” adı ilə tanınan planın siyasi hissəsini açıqlaya bilər.

Din.az xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Cayson Qrinblatt bildirib.

Onun sözlərinə görə, sentyabrın 17-də İsraildə seçkilər keçiriləcək. Bunun nəticəsinə uyğun olaraq yeni hökumətin formalaşdırılacağı noyabrın 6-da belə bir sənədin dərci nəzərdə tutulur. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...