Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail Fələstindən olan məhbuslara daha az yemək verəcək

Məhbuslara verilən yeməyin miqdarında da azalma ilə müşahidə ediləcək.

İsrail Həbsxanalar İdarəsi fələstinli məhbuslara verilən yemək miqdarının azaldılacağını bildirib.

Din.az xəbər verir ki, Fələstin Qurtuluş Təşkilatına bağlı Fələstin Əsirlər Cəmiyyətinin açıqlamasına görə, İsrail hökumətinin büdcədə 6 milyon dollar ixtisar aparması məhbuslara verilən yeməyin miqdarında da azalma ilə müşahidə ediləcək. Açıqlamada həmçinin qeyd edilib ki, əgər verilən yeməyin miqdarı azalsa, məhbuslar etiraz olaraq qidalardan imtina edəcəklər.

Cəmiyyətin rəhbəri Usame Şahin məsələ ilə bağlı “İsrail Həbsxanalar İdarəsi illərdir fələstinli məhbuslara qida, geyim və ziyarətçi məsələlərində məhdudiyyətlər tətbiq edir. Bu, bir növ cəzalandırma siyasətidir” fikirlərini səsləndirib.

Qeyd edək ki, İsraildə 6500 fələstinli məhbus var. Onlardan 57-si qadın, 300-ü uşaqdır. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...