Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail fələstinlilərin qəzəbinə səbəb olacaq qərarı qəbul etdi

Knesset məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

İsrail parlamenti fələstinlilərin meyitlərinin təsliminə məhdudiyyətlər gətirən qanun layihəsini qəbul edib.

İsrail hədəflərinə qarşı əməliyyat təşkil etdikləri iddiası ilə şəhid edilən fələstinlilərin cəsədlərinin təsliminə dair məhdudiyyətlər gətirən qanun layihəsi İsrail parlamentində qəbul edilib.

Din.az xəbər verir ki, qanun layihəsi parlamentdə ikinci və üçüncü oxunuşdan keçərək qəbul edilib.

Knessetten məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Sözügedən qanuna görə, fələstinlilərin cəsədləri o zaman təslim ediləcək ki, onların cəsədləri dəfn mərasimində təxribata ya da terrorizmin dəstəklənməsinə yol açmasın. Buna əmin olunduqdan sonra nəşlərin təslim edilməsi nəzərdə tutulur.

Qanun həmçinin, İsrail polisinə cəsədlərin təslimini əngəlləmək üçün inzibati əmr vermək səlahiyyəti tanıyır. Polisin cəsədlərin təslimini əngəlləməməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir. Məsələn, dəfn mərasiminə qatılanların sayı və kimlikləri və s. müəyyənləşdirilməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...