Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail həbsxanasında 18 yaşlı müsəlman gəncin gözləri tutuldu – FOTO

“İsrail dövləti Həsənin sağlamlıq vəziyyətinə göz yumdu …”

Bazar günü səhər 18 yaşlı fələstinli yeniyetmə Həsən Tamimi İsrail həbsxanasından azad edilib.

Din.az bildirir ki, Həsən Fələstin xalqının azadlığı uğrunda mübarizənin rəmzinə çevrilmiş 16 yaşlı İsrail məhbusu Əhəd Tamiminin qohumudur. Həbsxanada pis rəftar nəticəsində Həsən Tamiminin gözləri kor olub. Oğlanın əmisi Əbdunnassir Tamimi bildirib ki, qardaşı oğlu bu ilin aprel ayında yəhudi hərbçilər tərəfindən ağır xəstəliyinə baxmayaraq həbs edilib. Həsən qaraciyər və böyrək xəstəliyindən əziyyət çəkir və ona daimi müalicə tələb olunur. Buna rəğmən İsrailin ədliyyə qurumları müsəlman gəncin dərman qəbul etməsinə icazə verməyib və nəticədə o, görmə qabiliyyətini itirib.

“İsrail dövlətinə Həsənin sağlamlıq vəziyyəti haqqında məlumat verməyimizə baxmayaraq, onlar buna göz yumdu və indi oğlumuz kordur”, – deyə Əbdunnasir Tamimi məlumat verib.

Həsən Tamimi aprelin 7-də “daş atmaq” ittihamı ilə həbs edilib və az sonra Ramallah yaxınlığındakı Ofer hərbi həbsxanasına göndərilib. Tutulduqdan bir ay sonra Həsənin səhhəti ağırlaşıb. / Moderator.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...