Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail hərbçiləri əqli və fiziki qüsurlu fələstinlini güllələdilər – VİDEO

Yaxın Şərqdə İsrail zülmü davam edir.

İsraildəki İnsan Haqları Təşkilatı İsrail hərbçilərinin əqli və fiziki qüsurlu fələstinlinin güllələnmə videosunu yayıb.

Din.az xəbər verir ki, İsraildə insan haqlarının müdafiəsi məqsədilə yarandığı deyilən “BTselem” təşkilatı dünən İsrail Ordusunun daha bir cinayətini isbat edən video yayımlayıb.

Belə ki, 4 dekabr tarixində Fələstinin Tul-Karem bölgəsində Məhəmməd Xabali adlı, əqli və fiziki qüsurlu fələstinli İsrail hərbçiləri tərəfindən arxadan açılan atəşlə öldürülüb.

Bu açıqlama ilk verilərkən, İsrail Ordusu fələstinlilərin onlara daşlarla hücum etdiyini, lqarşıdurma sırasında təsadüfən açılan bir atə.lə Məhəmməd Xabalinin öldüyünü bildirmişdi.

Lakin “BTselem” təşkilatının küçə dirəklərinə quraşdırılmış 4 təhlükəsizlik kamerasının videosunda əqli qüsurlu fələstinlinin əlində taxta ilə gəzdiyini, sonradan baş verən atışmadan qorxaraq qaçdığını, lakin 80 metrlik məsafədən başından açılan atəşlə vurulduğu isbatlanır, İsrail Ordusunun verdiyi açıqlamada deyildiyi kimi heç bir qarşıdurma və ya daşlarla hücum videoda öz əksini tapmayıb.  / İslamazeri.com
Aşağıda ikinci videonu təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...