Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail hərbçiləri hər 3 gündə bir müsəlman uşağı qətlə yetirir – Müdhiş gerçəklər…

Hər gün orta hesabla 2 fələstinli uşaq həbs edilir…

İsrail rejiminin fələstinli uşaqlara qarşı misilsiz amansızlığını təsdiqləyən faktlar yayılıb.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda Beynəlxalq Uşaqların Müdafiəsi Assosiasiyasının açıqlamasında məlumat verilib.

Mideast Israel Palestinians

Qurumun məlumatlarına görə, 2000-ci ilin sentyabrından- ikinci intifadanın(azadlıq uğrunda müqavimət hərəkatı) başlanğıcından bəri İsrailin işğal gücləri təxminən 2000 fələstinli uşağı qətlə yetiriblər. Statistik rəqəmlərdən belə nəticəyə gəlinir ki, son 18 ildə hər üç gündə bir müsəlman uşaq İsrail tərəfindən öldürülüb.

Bundan əlavə, yəhudilər hər il 700-ə yaxın fələstinli çocuğu həbs edirlər. Bu isə təxminən hər gün iki uşağın həbsi deməkdir. İkinci intifadanın başlanğıcından bəri sionist hakimiyyət orqanları 14 mindəndən çox müsəlman uşağı həbs ediblər ki, onlardan 350-si hələ də həbsdədir.

Xatırladaq ki, bu günlərdə Fələstinin Əl-Xəlil şəhərində İsrail əsgərlərinin Dirqəm Məsvədə adlı 3 yaşlı fələstinl uşağı bir müddət həbsdə saxlamaqları haqda xəbər yayılmışdı.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...