Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail hərbçiləri “şəfqət mələyini” qətlə yetirib – FOTO

İsrail hərbçilərinin atəş açması nəticəsində həkim ölümcül güllə yarası alıb.

Qəzza zolağı ilə İsrail sərhədində ötən gün baş vermiş toqquşmalarda “şəfqət mələyi” kimi tanına Fələstindən olan könüllü həkim Rəzan Əşrəf ən Nəcar həlak olub.

Din.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Fələstin rəsmiləri hadisənin Xan Yunus şəhərində baş verdiyini bildirir. İsrail hərbçiləri fələstinli etirazçıları atəşə tutan zaman həkim ölümcül güllə yarası alıb.

Həmkarlarının dediyinə görə, gənc qadın İsrail sərhəddindən 50 metr aralıda yaralanmış etirazçıya ilkin yardım göstərən zaman vurulub.

Həmin gün fədakar Rəzan beş yaralının həyatını xilas edib.

Gənc həkim iki aydan çoxdur ki, Qəzzada yaralanan fələstinlilərə ilkin yardım göstərirdi.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...