Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İsrail kanallarında azan səsləndirildi – VİDEO

Share Button

Hakerlər İsrail kanalını ələ keçirdilər…

Hakerlər tərəfindən ələ keçirilən iki rəsmi televiziya kanalında Məscidül-Əqsa görüntüləri üzərində azan səsi yayımlanıb.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, İsraildə şəxsiyyəti məlum olmayan hakerlər tərəfindən ələ keçirilən iki rəsmi televiziya kanalında bir müddət azan yayımlanıb.

İsrailin “Kanal 2” və “Kanal 10” adlı televiziya kanalları bir neçə dəqiqəliyə hakerlər tərəfindən ələ keçirilib. Həmin vaxt ərzində kanallarda Məscidül-Əqsa görüntüsü üzərində azan səsi və ölkədəki yanğınlarla bağlı görüntülər yayımlanıb.

İsrail mediasında çıxan xəbərlərə əsasən, həmin hadisənin bu gün İsrail parlamentində səsə qoyulması gözlənilən azan qadağası layihəsindən əvvəl baş verməsi vurğulanıb.

“Səs-küy”ə səbəb olması iddiaları ilə məscidlərdən səsucaldanlarla azan verilməsinin qadağan edilməsini tövsiyə edən qanun layihəsinin qüvvəyə minməsi üçün İsrail parlamentində üç müxtəlif oturuşda müzakirə edilərək səsverməyə qoyulmalıdır. İsrail qanunvericilik komissiyasından keçən qanun layihəsi səsvermə üçün parlamentə təqdim olunma mərhələsinə gəlib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir