Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail Məscidül-Əqsanın ətrafına kəşfiyyat xarakterli kameralar yerləşdirib

Qədim şəhər orada yerləşən İsrail polis qurumlarının nəzarətində olacaq.

İsrail rəhbərliyi son dəfə şərqi Qüdsün mərkəzi girişlərindən biri olan Şam qapısının önündəki Sultan Süleyman küçəsi və ətrafına daha 11 kamera yerləşdirib.

Din.az xəbər verir ki, kameraların izlədiyi Məscidül-Əqsanın ətrafındakı qədim şəhərin, orada yerləşən İsrail polis qurumlarının nəzarətində olacağı bildirilib. Kameraların yerləşdirilmə vəziyyətindən asılı olmayaraq hər cür hava şəraitində və həm də sürətlə hərəkət edənlərin görüntüləri dəqiqliyi ilə qeyd olunub.

Mütəxəssislər sadəcə bir kameranın dəyərinin 3000 və ya 3500 dollar olduğunu qeyd ediblər. Türkiyəli jurnalistlərə bu barədə açıqlama verən Fələstinlilər, İsrail dövlətinin yerləşdirdiyi kameralar vasitəsilə hətta evlərin içini belə izləyəcə biləcəklərini vurğulayaraq məhrəmlərinə belə hörmət etmədiklərinə etiraz bildiriblər.

Qeyd etmək lazımdır ki, İsrail dövləti sonuncu dəfə Şam qapısı önündə növbətçi olan bir İsrail polisi və əsgərləri üçün “iki otaqlı bir ofis” inşa edib. Ötən həftə İsrail polisinin qarşısını almaq cəhdlərinə baxmayaraq, Fələstinlilər Məscidül-Əqsa önündə Trampın Qüds qərarının əleyhinə etiraz aksiyası keçiriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...