İsrail müdafiə naziri: Əsəd Suriya müharibəsində qələbə qazandı

Liberman: “Biz Suriyanın daxili işlərinə qarışmırıq”.
İsrail müdafiə naziri Avigdor Liberman Suriya prezidenti Bəşər Əsədin müharibədə qələbə qazanan tərəf olduğunu etiraf edib.
Din.az xarici mediaya istinadən xəbər verir ki, hərbi hava bazasını ziyarət edən Liberman Təl-Əvivin Bəşər Əsədi devirmə istiqamətindəki köhnə mövqeyindən geri addım ataraq “Biz 1974-cü ildəki müqavilənin pozulmadığı müddətdə Suriyanın daxili işlərinə qarışmırıq”, – deyə bildirib.
Liberman həmçinin, yaxın günlərdə işğal altındakı Qolan təpələrində vəziyyətin sakitləşəcəyinə ümid etdiklərini qedy edib.