Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İsrail müsəlmanların tarixi qəbirstanlığı ilə bağlı qadağa qoydu

Share Button

İsraildə Məscidi-Aksanın düz yanında yerləşən tarixi Babur Rahme məzarlığının bir qismində ölülərin dəfn edilməsinin qadağan edildiyi qərarı verilib. “Din.az” xəbər verir ki, Ürdün hökumətinə bağlı olan İslami Vəqflər Dairəsində Məzarlıqlar Baxım Komitəsinin sədri Mustafa Ebu Zehra, verdiyi açıqlamada Qüds bələdiyyəsinin Babur Rahme məzarlığının cənubundakı iki bölgədə ölülərin dəfn edilməsinin qadağan edilməsi yönünüdə qərar aldığını ifadə […]

İsraildə Məscidi-Aksanın düz yanında yerləşən tarixi Babur Rahme məzarlığının bir qismində ölülərin dəfn edilməsinin qadağan edildiyi qərarı verilib.

“Din.az” xəbər verir ki, Ürdün hökumətinə bağlı olan İslami Vəqflər Dairəsində Məzarlıqlar Baxım Komitəsinin sədri Mustafa Ebu Zehra, verdiyi açıqlamada Qüds bələdiyyəsinin Babur Rahme məzarlığının cənubundakı iki bölgədə ölülərin dəfn edilməsinin qadağan edilməsi yönünüdə qərar aldığını ifadə edib.

Ebu Zehra, Babur Rahmenin Hz.Ömərin Qüdsü fəth etdiyi 637-ci ildən bu yana müsəlmanların ölülərini dəfn etdiyi tarixi bir qəbirstanlıq olduğunu söyləyib.

Sözügedən qərara etiraz edən Ebu Zehra, bunun “müsəlmanlara meydan oxuyan açıq-aşkar bir hücum olduğunu və tarixin təhrif edilməsi məqsədi daşıdığını” deyib.

176671_israilden-tarihi-kabristanda-defin-yasagi

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir