Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail nazirləri Fələstinə görə BİRİ-BİRİNİ TƏHQİR ETDİ…

Fələstinlə bağlı müzakirələr zamanı qarşıdurma baş verib.

Təhsil naziri Müdafiə nazirini müsəlmanlara qarşı yumşaq davranmaqda ittiham edir…

İsrailin Müdafiə naziri Aviqdor Liberman və Təhsil naziri Naftali Bennet Fələstinlə bağlı müzakirələr zamanı dalaşdı.

Din.az bildirir ki, bu haqda “The Times of İsrael”(“İsrail xəbərləri”) qəzeti xəbər yayıb.
Öncə Bennet İsrailin hərbi qurum başçısını Qəzza zolağında fələstinli fəallara qarşı yumşaq davranmaqda günahlandırıb. Buna cavab olaraq Liberman Nazirlər Kabineti üzrə həmkarını “təhsil və müdafiədən heç nə anlamayan bir yalançı” adlandıraraq onu “yaddaşından çıxarardığını” bəyan edib.

Qeyd edilir ki, sentyabrın 30-da İsrail mediasına verdiyi müsahibədə İsrail Təhsil naziri Müdafiə Nazirliyinin mövcud rəhbərliyinin Qəzza müsəlmanlarına qarşı tətbiq etdiyi siyasətin ” yəhudilərə qarşı yeni zorakılıqlara səbəb olacağını” bildirib.

Xatırladaq ki, sentyabr ayında Qəzzada etiraz aksiyaları yeni qüvvə ilə bərpa olunub. Son həftələrdə İsrail əsgərləri ilə qarşıdurmalar nəticəsində aralarında iki uşağın da olduğu 7 fələstinli öldürülüb, 200-dən çox müsəlman isə yaralanıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...