Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İsrail paytaxt etdiyi Qüdsü maliyyələşdirə bilmir? – Məmurlar tətilə hazırlaşır…

Qüdsün yəhudi meriyasının işçiləri tətil edirlər.

Qüdsün yəhudi meriyasının zibilatan fəhlələri artıq yanvarın 4-dən etraz aksiyasına başlayıb…

Qüdsün yəhudi meriyasının işçiləri yanvarın 6-da şənbə günündə ümumi bir tətilə başlayacaqlarını bəyan ediblər.

Din.az xəbər verir ki, buna səbəb şəhər meri Nir Barkatın 2150 əməkdaşı vəzifədən azad etmək niyyəti olub. Zibillərin toplanması ilə məşğul olan işçilər isə elə bu gündən –yanvarın 4-dən tətil etməyə başlayıblar.

Yanvarın 1-də Qüds meri fövqəladə ixtisar proqramı haqda açıqlama verib: “Maliyyə naziri Kaxlonun paytaxtın xüsusi ehtiyaclarını qəbul etməkdən və büdcənin paylanmasında ayrı-seçkilik məsələsini həll etməkdən imtinası bizi bu il fövqəladə proqramı həyata keçirməyə məcbur edir”.
Meriyadan verilən məlumata görə, İsrail Maliyyə Nazirliyi bələdiyyə büdcəsinin probleminin həlli çərçivəsində şəhərə verilmiş 105 milyon şekel (30 min 375 min 700 dollar) köçürülməsinə icazə vermir.
Xatırladaq ki, dekabrın 31-də də Qüdsün yəhudi meriyasının əməkdaşları maliyyə nazirinə qarşı etiraz mitinqi zamanı küçələrə, o cümlədən Maliyyə Nazirliyinin binasının qarşısına onlarla yük maşını zibil töküblər…

P.S. Deyəsən, İsrail Trampın hay-küylə paytaxt elan etdiyi Qüdsü maliyyələşdirə bilmir. Yəni yəhudi məmurlar və fəhlələr Trampın zibilinə düşüb… / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...