Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail polisi 14 yaşlı fələstinlini xəstəxanada həbs etdi

14 yaşlı uşaq molotov kokteyli hazırlamaqda ittiham olunur.

14 yaşlı fələstinlini İsrail polisi müalicə aldığı Əl-Məqsəd xəstəxanasında həbs edib.

Din.az xəbər verir ki, İsrail polisi azyaşlı gənci polisə müqavimət göstərməkdə və molotov kokteyli atmaqda ittiham edir.

İsrail polisi yazılı açıqlama verərək faktı təsdiqləyib. Bildirilib ki, 14 yaşlı uşaq molotov kokteyli hazırlayan zaman özünü yaralayıb. Əlavə edilib ki, fələstinli uşaq həbs edildikdən sonra İsrail xəstəxanalarının birinə göndərilib.

Rəsmi məlumatlara görə, hazırda İsrail həbsxanalarında 7 minə yaxın fələstinli saxlanılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...