Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail polisi 5 yaşlı müsəlman uşağı istintaqa çağırdı… – FOTO

Fələstinli uşağı dindirilmək üçün polisə çağırdılar.

İsraildə Qüdsdəki son iğtişaşlarla əlaqədar istintaq çərçivəsində beş yaşlı fələstinli uşaq dindirilmək üçün polisə çağırılıb.

Din.az xəbər verir ki, iğtişaşlarda mümkün iştirakı ilə azyaşlı oğlanın əlaqədar polis bölməsində olması tələb edilən bildiriş Qüdsün İsauiya məhəlləsində yaşayan Məhəmməd Rabea Alianın valideynlərinə göndərilib. Bundan heyrətlənən uşağın ata-anası öyrənib ki, polisin bildirdiyinə görə, guya son etiraz aksiyası zamanı 5 yaşlı övladları polis maşınına daş atıb. Yaxşı ki, valideynlərin təəccübü uzun sürməyib. Məlum olub ki, bildiriş səhv göndərilib. Polis çağırışın eyni məhəllədə yaşayan eyni soyadlı başqa bir oğlana göndərilməli olduğunu bildirib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...