Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail polisi fələstinli naziri saxladı

Fələstinli nazirin evində axtarış aparılıb.

İsrail hüquq-mühafizə orqanları Fələtin adminstrasiyasında Qüds işləri naziri Fad əl-Hedminin evinə hücum edərək onu həbs edib.

Din.az xəbər verir ki, bu barədə xəbəri Fələstin administrasiyası təsdiq edib.

Qüdsün işlər nazirliyindən verilən açıqlamada bəyan olunur ki, İsrail polisi və kəşfiyyat qrupundan ibarət heyət səhər saatlarında Hedemi işğal altındakı Şərqi Qüdsdə olan evində həbs edib. Bu zaman nazirin evində axtarış aparılıb.

Bununla paralel olaraq İsrail polisi Fələstinin sosial inkişaf naziri Əhməd əl-Mecdelaninin Qüdsə girişinə icazə verməyib. Polis bəyan edib ki, nazir Qüdsə daxil olsa, saxlanılacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...