Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail prezidenti fələstinli həmkarını Ramazan münasibəti ilə təbrik edib

Mahmud Abbas bazar günü İsrail prezidentindən telefon zəngi qəbul edib.

İsrail prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs ayı olan Ramazanın gəlişi münasibəti ilə təbrik edib. Rivlin Abbasa Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda zəng edib.

Din.az xəbər verir ki, bu barədə Fələstinin VAFA agentliyi məlumat yayıb.

“Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bazar günü İsrail prezidenti Reuven Rivlindən telefon zəngi qəbul edib. Söhbət zamanı qarşı tərəf onu Ramazan ayının gəlişi və sağalması münasibəti ilə təbrik edib”, – deyə məlumatda qeyd olunur.

Həmçinin Abbasın Rivlinə zəngə görə təşəkkür etdiyi bildirilir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...