Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail psixoloji xəstəliklərlə üz-üzə: – Son hadisələr…

İsraildə hər gün uşaqlara qarşı cinsi zorakılıq artır.

Baba və qardaş tərəfindən olan cinsi zorakılığa dair şikayətlərdə də artım hiss olunur.

Din.az İslamazeri.com-a istinadən xəbər verir ki, İsraildə azyaşlı, o cümlədən yeniyetmələrə qarşı cinsi təcavüz, zorlama və seksual xarakterli hərəkətlər günü-gündən çoxalır. “Elem” cəmiyyətİ İsraildəki zorakılıq halları ilə bağlı məlumat yaymışdı. Məlumatda bildirilir ki, 2016 və 2017 müqayisəsinə görə, bu cür hallar 80 faiz artıb. Ailədaxili, o cümlədən də baba və qardaş tərəfindən olan cinsi zorakılığa dair şikayətlərdə də artım hiss olunur. Qardaş və bacı arasındakı cinsi zorakılığa gəldikdə isə, bu cür hallara daha çox çoxuşaqlı ailələrdə rast gəlinir.

İsrail məhkəmələrində bu cür hallara qısa baxış…

* Ynet portalı yazır ki, 30 may çərşənbə günü Təl-Əviv məhkəməsində 4 yaşlı oğluna qarşı cinsi hərəkətlər etdiyinə görə, təqsirli bilinib. Media nə zərərçəkən uşağın, nə də atasının adını açıqlamayıb. Məlumata görə, bu hadisə “Şiba” xəstəxanasında baş verib.

* Ötən həftə isə, məhkəmə doğma qızı və qardaşı qızına qarşı seksual hərəkətlər edən adı açıqlanmayan kişinin həbs müddətini artırıb.

* 21 mayda isə Şaul Şamay adlı məktəb müəllimi ikinci sinif qızlarına qarşı təcavüzə cəhd və seksual hərəkətlər etdiyinə görə 7 il həbs cəzası alıb. Məhkəmədə o “atasayağı qızlarını qucaqlayıb bağrına basdığını” bildirib. Məhkəmə digər dəlillər əsasında bu əsaslandırmanı rədd edib.

Şaul Şamay

* Ötən ay isə bir ailədə baş verənlər diqqət çəkib. Beləki ata öz qızına qarşı təcavüz etdiyinə görə həbs olunduğu halda, qardaş da bacılarına qarşı cinsi istismar etdiyinə görə həbs olunub, bu azmış kimi anada övladlarına qarşı bu tip hərəkətlərinə görə, məhkəməyə verilib.

“Elem” cəmiyyətinin məlumatlarına görə, əgər 2016-cı ildə belə hadisələrin sayı 1000 idisə, indi – 2017-ci ildə həmin rəqəm 1800 olub. Bu da, 80 faizlik artım deməkdir. Cinsi zorakılıqla bağlı şikayət edənlərin 75 faizi qızlar, 21,5 faizi oğlanlar, 3,5 faizi isə transgenderlərdir.

Kömək üçün müraciət edənlər arasında isə eyni anda həm cinsi zorakılıq təşəbbüskarları, həm də onun qurbanları var.

Adıçəkilən cəmiyyətə müraciət edənlərin təxminən 1/3-i, yəni 6965 nəfər, etiraf ediblər ki, münasibət qura bilmədikləri üçün özlərini tənha hiss edirlər. Bu hal sosial şəbəkələrin və real münasibət əvəzinə virtual münasibətlər modasının yayıldığı eyni dövrdə yayılıb.

“Elem” həmçinin gənclər arasında spirtli içki zəhərlənmələrinin və şəxsi əyləncə gecələrində narkotik qəbulu hallarının da artdığını qeyd edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...