Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail qəzeti erməni vəhşiliyindən yazdı – “Jerusalem Post”

“Erməni işğalçıları bir çox tarixi abidələri dağıdıb, yerli azərbaycanlı əhalini məhv ediblər”.

İsrailin “Jerusalem Post” qəzeti siyasi şərhçi Arye Qutun “Azərbaycanın Qaradağlı kəndində törədilmiş qanlı qırğın müasir erməni terrorizminə əsl sübutdur” sərlövhəli məqaləsini dərc edib.

Din.az xəbər verir ki, müəllif məqalədə Holokostun yəhudi xalqının yaddaşında yaşayan dəhşətli və dözülməz faciə olduğunu yazır. Qeyd edir ki, bu, kobud və vəhşi faşist rejiminin yəhudi xalqına verdiyi sonsuz ağrıdır, ona qarşı həqarətidir, bu xalqın amansızcasına məhv edilməsidir. Holokost kimi dəhşətli əzabları yaşamış yəhudi xalqının nümayəndələri taleyin oxşar zərblərinə tuş gəlmiş digər xalqların ağrısına həmişə şərikdir.

Məqalədə oxucuların diqqəti Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlıların yaşadıqları kənd və rayonlarda ermənilərin törətdikləri genosid aktlarına cəlb edilir. Bildirilir ki, bu hadisələr zamanı erməni işğalçıları bir çox tarixi abidələri dağıdıb, yerli azərbaycanlı əhalini məhv ediblər. Müasir tarixdə Qaradağlı faciəsinə oxşar hadisələr dünyanın bir çox yerlərində baş verib və dünya ictimaiyyəti bunlardan yaxşı xəbərdardır.

Məsələn, 1995-ci ilin iyul ayında etnik serb millətçiləri Bosniyanın Srebrenitsa şəhərində 17-70 yaş arasında olan 10 min müsəlmanı qətlə yetirib, bir çoxu diri-diri kütləvi məzarlıqda basdırılıb. Həmin dövrdə Bosniyanın 13 yaşayış məntəqəsində müsəlmanlara qarşı kütləvi qırğınlar törədilib. Bu hadisələr nəticəsində 200 mindən çox günahsız insan öldürülüb, minlərdə adam yaralanıb, 20 milyondan çox insan evindən-ocağından didərgin düşüb.

Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamenti və başqa beynəlxalq təşkilatlar 13 Bosniya məntəqəsində törədilmiş bu qırğınlardan yalnız birini – Srebrenitsa qətliamını rəsmi olaraq tanıyır, amma ermənilərin azərbaycanlılara qarşı törətdiyi genosidi görməzliyə vururlar. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...