Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail Qəzzanın əkin sahələrini bombaladı

Sionist İsrail ordusu yarım saat fasilələrlə Qəzzanı vurub

İsrailə aid hərbi təyyarələrin Qəzza zolağının şərqindəki əkin sahələrinə yarım saat fasilə ilə 2 dəfə hava hücumu təşkil etdiyi bildirilir.

“Din.az” xəbər verir ki, təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, İsrailə aid hərbi təyyarələr Qəzzanın cənubundakı Hacerud Dik diyarının şərqindəki İsrail sərhəddi yaxınlığında yerləşən əkin sahələrinə yarım saat ara verməklə 2 dəfə havadan hücum edib.

Hücum nəticəsində əkin sahələrinə maddi ziyan dəydiyi, xəstəxana səlahiyyətliləri isə hadisə zamanı can itkisinin yaşanmadığını qeyd edib.

Mövzu ilə bağlı İsrail mediasında yer alan xəbərdə, Qəzza sərhəddində meydana gələn partlayışın fələstinlilərin qazdığı tünelləri partlatmaq məqsədi ilə İsrail hava qüvvələri tərəfindən həyata keçirilən sınaqla əlaqəli olduğunu irəli sürülüb.

Sionist rejimli İsrail ordusu isə daha əvvəl verdiyi yazılı açıqlamada, Qəzza zolağında partlayış səslərinin duyulacağını bildirmiş, meydana gələcək paratlayışın ordu tərəfindən daha əvvəl planlaşdırıldığını xəbərdar etmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...