Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail Qəzzaya hücumu dayandırdı

İsraillə qarşılıqla danışıqlar aparılıb, Misir tərəfiin vasitəçiliyi ilə atəşkəsə nail olunub.

İsrail ordusu Qəzzaya hücumu dayandırıb.

Din.az xəbər verir ki, bu barədə “Həmas” məlumat yayıb. Qeyd olunub ki, İsraillə qarşılıqla danışıqlar aparılıb, Misir tərəfiin vasitəçiliyi ilə atəşkəsə nail olunub.

Xatırladaq ki, İsrail hərbçiləri “Həmas”ın Qəzza sektoruna terror məqsədi daşıyan raket atəşinə cavab olaraq hücuma keçmişdilər.

Bu məqamda bildirək ki, dünən raket hücumu nəticəsində İsrailin mərkəzi hissəsində yaşayış evi dağılıb. Üçü uşaq olmaqla yeddi nəfər yaralanıb. Naş nazir Binyamin Netanyahu bu səbəbdən ABŞ səfərini yarımçıq qoyub. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...