Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail Ramazan ayında da Qəzzaya zərbələr endirir

Qəzza zolağındakı İslami Cihad məntəqəsinə hücumlar olub.

İsrail hərbi hava qüvvələri Qəzzanı vurub.

Din.az xəbər verir ki, İsrailin Qəzza zolağındakı İslami Cihad məntəqəsinə hücum etdiyi bildirilir.

Rəsmi açıqlamalara görə, Həmasın atdığı 25 ədəd mərmi səhər saatlarında Dəmir Qübbə raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra baş qaldıran gərginliyin yaşandığı bölgədə dünən İsrail tankı bir Həmas üzvünü öldürüb.

Son dövrlər baş verənlərlə əlaqədar bölgədə 116 fələstinli öldürülüb, minlərləsi İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...