Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail rejimi “əl-Əqsa”-ya hücum etdi: İmamlar döyüldü

İsral polisi “əl-Əqsa”ya giriş-çıxışı bağladı.

Qübbətüs-Səhra məscidində reyd keçirilib.
Din.az bildirir ki, İsrail rejiminin polisi Qübbətüs-Səhra məscidində keçirdiyi reyd zamanı “əl-Əqsa” məscidinin imamları və işçilərinə hücum edib.

Qüdsün İslam Fondlarının İdarəsinin mətbuat katibi Firas Dibs bildirib ki, İsral polisi “əl-Əqsa”ya giriş-çıxışı bağlayıb.

Onun sözlərinə görə, İsrail hərbçiləri Qüds şəriət məhkəməsinin və Qüdsün İslam Fondları İdarəsinin başçısı olan Vasıf əl-Bəkrini və “əl-Əqsa” məscidinin Fondunun İdarəsinin başçısı Ömər əl-Kisvanini döyüblər.

O, İslam dininin müqəddəs məkanlarından olan “əl-Əqsa” məscidi ilə bağlı gərginliyin qarşısını almağa dair çağırış edib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...