Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail rəsmən etiraf etdi

Əsas prioritet Qəzzada əsir alınan israilli əsgərləri xilas etməkdir.

İsrailin müdafiə naziri Aviqdor Liberman üzvü olduğu partiyanın təşkil etdiyi mətbuat konfransında ölkəsinin Qəzzaya aid 4 yol izləyəcəyini açıqlayıb.

Din.az xəbər verir ki, iqtisadiyyatlarının zəif olmasına baxmayaraq “Həmas”ın hələ də raket istehsal edə bildiyini deyən Liberman, əsas prioritetlərinin Qəzzada əsir alınan israilli əsgərləri xilas etmək olduğunu qeyd edib.

O, bununla da İsrail əsgərlərinin əsir olduğunu rəsmi şəkildə elan edib.

Liberman sözlərinə əlavə edib ki, 2018-ci il bitənə qədər “Həmas”ın istifadə etdiyi tunellərin məhv edilməsi planlaşdırılır. Eyni zamanda, Qəzzanın ətrafına divar çəkilməsi nəzərdə tutulub. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...