Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail Şərqi Qüdsü və Əl-Aksa məscidini ABŞ-a “hədiyyə etdi” – FOTO

Əl-Aksa məscidinin yerləşdiyi məkana fotoşop yardımı ilə Süleyman Məbədi qoyulub.

İsrailin “Achiya” adlı yardım qurumu ABŞ-ın İsraildəki səfiri Devid Fraydmenə müsəlmanların Qüdsdəki müqəddəs məkanı Əl-Aksa məscidi yerləşən ərazini təsvir edən rəsm əsəri hədiyyə edib.

Din.az xəbər verir ki, xəbər İsrailin “Haaretz” qəzetində yer alıb.

Rəsmdə Əl-Aksa məscidinin yerləşdiyi məkana fotoşop yardımı ilə Süleyman Məbədi qoyulub. Səfir hədiyyəni məmnuniyyətlə qəbul edib və onun üzündəki gülüş sosial mediada sərt reaksiyalara səbəb olub.

Bundan sonra ABŞ-ın İsraildəki səfirliyi yazılı açıqlama verib. Açıqlamada bildirilib ki, səfir yaşanan olaydan dolayı təəssüf içindədir. Çünki səfirin məlum dəyişiklikdən xəbəri olmayıb və hədiyyə ona məcburi şəkildə verilib. Həmçinin qeyd edilib ki, ABŞ Əl-Aksa məscidi də daxil, Qüdsdəki müqəddəs yerlərin statusunun qorunmasında maraqlıdır.

Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Ureykat isə verdiyi açıqlamada fotoya sərt reaskiyasını gizlətməyib. O bildirib ki, səfirin fotonu alarkən üzündəki gülüş hər şeyi açıqlayır. Baş katib yaşananlarıln dini müharibəyə rəvac verə biləcəyini və ABŞ-ın alçaqcasına hücum etdiyini deyib.

Qeyd edək ki, İsrailin işğalı altında olan Şərqi Qüdsün Köhnə Şəhər bölgəsində yerləşən Əl-Aksa müsəlmanların ilk qibləsi olma özəlliyini daşıyır. Yəhudilər içində Qiblə məscidi ilə Qübbətus Səhra məscidi, həmçinin muzey, mədrəsə və böyük bir həyətin yerləşdiyi Əl-Aksa Külliyəsinin altında Süleyman Məbədininin yerləşdiyini bəhanə gətirərək həmin ərazinin yaxınlığında qazıntı işləri aparır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...