Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail-Suriya sərhədində İsrailin “F-16”sı vurulub

Ölkədə “qırmızı” həyəcan siqnalı çalındı.

İsrail Silhalı Qüvvələrinə məxsus “F-16” qırıcı İsrail-Suriya sərhədində yerə düşüb.

Din.az bildirir ki, Suriya tərəfindən açılan raket atəşindən sonra yerə düşən təyyarənin pilotları yaralanıblar.

Onların xilas edildiyi bildirilib.

İsrail KİV-i iddia edib ki, Suriya tərəfindən atılan raketlər ölkədə “qırmızı” həyəcan siqnalının çalınmasına səbəb olub. Həyəcan siqnalı əvvəlcə Colan təpələrində yerləşən Beyt Şeanda, onun ardınca başqa yerlərdə çalınıb.

Qeyd edək ki, həmin qırıcının Suriyanın hava məkanından İsrailə keçmək istəyən İrana məxsus Pilotsuz Uçan Aparatı ələ keçirdiyi barədə məlumat yayılmışdı.

Hadisəyə rəsmi mənbələr hələlik münasibət bildirməyib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...