Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail tarixi məscidi bara və əyləncə məkanına çevirdi – FOTO

İsrail işğal etdiyi Fələstin ərazilərində tarixi də məhv edir.

İsrail işğal etdiyi Fələstin ərazilərində insanları qətl etməklə, yurd yuvalarından çıxarmaqla bərabər tarixini də məhv edir.

Din.az xəbər verir ki, İsrail işğal etdiyi Safad şəhərində tarixi “Al-ahmar” məscidini bar-restoran kimi istifadə etməyə başlayıb.

Xatırladaq ki, bu ərazilər 1948-ci ildə İsrail tərəfindən işğal edilib. Adıçəkilən məscid öncə yəhudi dini mədrəsəsi kimi, sonra Netanyahu partiyasının (Likud) ofisi kimi istifadə edilib. Daha sonralar da ofis və anbar kimi istifadə edilib. Hazırda isə tarixi məscid adı “Xan Al-Ahmar” kimi dəyişdirilərək İsrail bələdiyyəsinə bağlı bir firma (şirkət) tərəfindən bara və toy zalına çevirildiyini bildirilir.

Bəzi İslami təşkilatlar məsələ ilə bağlı İsrail məhkəmələrinə müraciət edib, hökümət və qeyri hökümət təşkilatlarını bu işlə məşğul olmağa səsləyiblər. Onlar məscidin ibadət ocağına qaytarılmasını tələb ediblər. / İslaminSesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...