Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail Trampı eşitdi: müsəlman qadınlarla bağlı – Qərar

“İsrail Omar və Tlaibin səfərinə icazə verərsə, böyük zəiflik nümayiş etdirər”.

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının iki müsəlman qadın üzvü – İlhan Omar və Raşida Tlaibin İsrailə girişinin qadağan olunması ilə bağlı Tvitter səhifəsində paylaşım edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri sözügedən iki qadın siyasətçinin İsrailə nifrət etdiyini qeyd edib.

“İsrail Omar və Tlaibin səfərinə icazə verərsə, böyük zəiflik nümayiş etdirər. Onlar İsrailə və yəhudi xalqına nifrət edir. Onların mövqelərini dəyişdirmək üçün ediləcək heç nə yoxdur. Minnesota və Miçiqan ştatları bu qadınların yenidən Konqresə seçilməsində tərəddüd edəcək. Onlar üz qarasıdır”, – deyə dövlət başçısı qeyd edib.

***

İsrail Xarici İşlər naziri Tzipi Hotoveli Şərqi Qüdsə və İordan çayının qərb sahilinə səfər etmək istəyən 2 qadın konqresmenə qadağa qoyulduğu barədə məlumat verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...