Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail Trampın xahişi ilə türk qızı azadlığa buraxdı

HƏMAS hərəkatı ilə əlaqədə ittiham olunan Türkiyə vətəndaşı azadlığa buraxılıb.

İsrail hökuməti ABŞ prezidenti Donald Trampın xahişindən sonra HƏMAS hərəkatı ilə əlaqədə ittiham olunan Türkiyə vətəndaşı Ebru Özkanı azadlığa buraxıb.

Din.az xəbər verir ki, bununla bağlı “Reuters” İsrail hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

“The Washington Post” qəzeti qeyd edib ki, Tramp bununla Ankaranın 2017-ci ildə terrorçularla əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmasına çalışır.

Guya ABŞ prezidenti bu məsələni İsrail baş naziri Binyamin Netanyahu ilə danışıb və ondan Özkanı azadlığa buraxmağı xahiş edib. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...