Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail Türkiyə ilə diplomatik əlaqələri aşağı saldı

İsrail-Türkiyə arasında gərginlik yaşanır.

İsrail Türkiyədə diplomatik təmsil olunma səviyyəsinin azaldılmasına qərar verib.

Din.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Amnon Nahşon bildirib.

“İsrail Qəzza zolağındakı hadisələrlə əlaqədar yarım il əvvəl türk rəsmiləri tərəfindən deportasiya edilən Eytan Nehiyanın yerinə keçəcək bir səfir təyin etməməyə qərar verib”, – XİN sözçüsü qeyd edib.

Mahşon həmçinin İstanbula da yeni konsul təyin edilməyəcəyini əlavə edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...