Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail yaralı əsgərlərini “ağıllı saat”la xilas edəcək

İsrail ordusunun döyüş sahəsində yaralanan əsgərləri üçün “ağıllı saat” texnologiyasını tətbiq etməkdə olduğu bildirilib. “Din.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İsrail ordusunun sözçüsü Ovijaa Odraei İsrail Müdafiə Qüvvələrinin qarşıdurmada yaralanan əsgərlərinin xilas edilməsinə kömək edəcək və səhhətləri barədə məlumat verəcək “ağıllı saat” texnologiyasını inkişaf etdirməyə çalışdığını söyləyib. Əsgərin temperaturunu, nəbzini ölçür… Sözügedən saat sensorlar […]

İsrail ordusunun döyüş sahəsində yaralanan əsgərləri üçün “ağıllı saat” texnologiyasını tətbiq etməkdə olduğu bildirilib.

“Din.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İsrail ordusunun sözçüsü Ovijaa Odraei İsrail Müdafiə Qüvvələrinin qarşıdurmada yaralanan əsgərlərinin xilas edilməsinə kömək edəcək və səhhətləri barədə məlumat verəcək “ağıllı saat” texnologiyasını inkişaf etdirməyə çalışdığını söyləyib.

Əsgərin temperaturunu, nəbzini ölçür…

Sözügedən saat sensorlar vasitəsi ilə əsgərin temperaturunu, nəbzini və qandakı oksigeninin səviyyəsini ölçüb əlaqədar şəxslərə göndərəcək. İsrail bu saatla yaralanan əsgərlərinə daha sürətli və münasib müalicə tətbiq etməyi hədəflədiyini ifadə edib.

İsrail mediasında yayımlanan xəbərlərə görə, “ağıllı saat” texnologiyasının orduda 3 il müddətinə xidmətə veriləcəyi təxmin edilir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...