Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrail Yasir Ərəfatı necə öldürmək istəyib? – ÜSTÜ AÇILAN SİRR

Savaş kölgəsi, İsrail və MOSSAD-ın gizli qətliamları əməliyyatı …

Fələstinin keçmiş liderlərindən Yasir Ərəfatın təyyarəsi havada olarkən vurulacaqdı.

Din.az xəbər verir ki, bu barədə informasiya israilli yazıçı Ronin Berqmanın “Savaş kölgəsi, İsrail və MOSSAD-ın gizli qətliamları əməliyyatı” kitabında yer alıb.

Qeyd edilir ki, Ariel Şeron İsrailin Müdafiə naziri olduğu vaxt Ərəfatın səfərləri zamanı sərnişin təyyarəsindən istifadə etdiyini öyrəndikdən sonra keçmiş liderin təyyarəsinin İsrailin hərbi təyyarələrinin hədəfi ola biləcəyi barədə qərar verib. Kəşfiyyatın 3 işçisi də Şeronun qərarını təsdiqləyib. Ancaq bəzi hərbi-hava komandanları əməliyyatı əngəllədiyi üçün təyyarənin vurulması texniki olaraq mümkün olmayıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...