Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsraildə azan qadağasının səbəbkarı Netanyahunun oğludur

İsrail Parlamentindəki ərəb əsilli millət vəkili Taləb Əbu Arar, İsrailin baş naziri Benyamin Netanyahunun, azanın səsucaldanlardan verilməsinin qadağan edilməsilə bağlı qanun layihəsinə oğlu Yairi narahat etdiyinə görə dəstək verdiyini bildirib. “Din.az” “a24.az”a istinadən xəbər verir ki, Anadolu Agentliyinin müxbirinə müsahibə verən Əbu Arar bunları deyib: “Baş nazir Netanyahunun, azanın səsucaldanlardan səsləndirilməsinin qadağan edilməsilə bağlı qanun layihəsinin […]

İsrail Parlamentindəki ərəb əsilli millət vəkili Taləb Əbu Arar, İsrailin baş naziri Benyamin Netanyahunun, azanın səsucaldanlardan verilməsinin qadağan edilməsilə bağlı qanun layihəsinə oğlu Yairi narahat etdiyinə görə dəstək verdiyini bildirib.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, Anadolu Agentliyinin müxbirinə müsahibə verən Əbu Arar bunları deyib: “Baş nazir Netanyahunun, azanın səsucaldanlardan səsləndirilməsinin qadağan edilməsilə bağlı qanun layihəsinin Ali Şuraya çıxarılması üçün inad göstərməsinin əsas səbəbi, oğlu Yairi narahat etməsidir. İsrail hökuməti azan haqqında qanun layihəsini Knessetdən keçirməyi planlaşdırır”.

İsrail dövlətinə bağlı olan müsəlmanlara aid Ali Dini Məhkəmədən verilən açıqlamada belə deyilir: “Din adamları azanın qadağan edilməsilə bağlı qanun layihəsinə tamamilə qarşıdırlar”. İsrailin “kanal 10” televiziyası ötən həftə Netanyahunun azanla bağlı qanun layihəsinə dəstək verməsinin, oğlu Yairin azan səsindən narahat olmasından irəli gəldiyini açıqlayıb.

Fələstinlilərin və İslam dünyasının böyük etirazlarına səbəb olan qanun layihəsi bir neçə il əvvəl də gündəmə gəlmiş, lakin məclisdə səsverməyə çıxarılmamışdı. Bu dəfə İsrailin qanunvercilik komissiyasından keçən qanun layihəsi səsvermə üçün məclisə təqdim olunma mərhələsinə gəlib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...