Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsraildə “Eurovision”un keçirildiyi binadan Ərdoğanın posterini asdılar – Netenyahuya etiraz (Video)

İsraildə “crime minister” (cinayət baş naziri) yazılan plakat asıblar.

İsraildə keçirilən “Eurovision” mahnı müsabiqəsi çoxsaylı etiraz aksiyaları ilə müşayiət olunub.

Din.az bildirir ki, İslandiyanın “Hatari” qrupu Fələstin bayraqları ilə səhnəyə çıxarkən, salonda bir çox adam da İsrailin siyasətinə etiraz edib.

ESC Halle təşkilatı bu səhər müsabiqənin keçirildiyi binaya İsrail baş nazirini nəzərdə tutan “crime minister” (cinayət baş naziri) yazılan plakat asıblar. Netanyahunun plakatı üzərindən isə İsrailə etiraz etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın posteri asılıb.

İsrail hərbçiləri qısa müddət sonra plakatları yığışdırıblar. (avropa.info)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...