Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsraildə nüfuzlu yəhudi dini liderin oğlan nəvəsi ərə gedir – ƏTRAFLI

Bu toy mərasimi İsraildə dindar qeylərin 7-ci toy mərasimi olacaq.

Din.az xəbər verir ki, İsrailin ŞAS dini yönlü partiyasının mənəvi lideri Ovadya Yosefin sevimli oğlan nəvəsi, özünün keçmiş dostuna ərə gedəcək. Bu haqda İsrailin “Yedihot Ahronot” qəzeti 31 mayda yazır.

Qəzetin yazdığına görə, bu qey-cütlüyün toy mərasimi ölkənin mərkəzində təşkil olunacaq. Evlilik mərasimi qalaxa qaydalarıyla (yəhudiliyin xüsusi dini qaydaları) olmayacaq, ümumi yəhudi qanunlarına əsasən bu evlilik reallaşdırılacaq. Ovadya Koen və Avixay Landesmanın yəhudi kəbinini isə adı açıqlanmayan bir qadının oxuyacağı bildirilir.

Qey nəvə və xaxam baba…

Qəzet yazır ki, nəvə Ovadya Koenin adı, babasının şərəfinə belə qoyulub. Hansı ki, Ovadya Yosef nəinki İsraildə. bütün dünyada nüfuzlu və söz sahibi yəhudi din xadimlərindən olub. 11 yəhudi xaxam-ravvin ailəsindən ki, dünyada təmsil olunurlar biri də, məhz oğlan nəvəsi evlənəcək Ovadya Yosefin ailəsi sayılır. Ovadya Yosefin oğlu isə, sefard yəhudi dini icmasının xaxamıdır. Ovadya Yosef özü 2013-cü ildə ölüb.

İncəliklər…

Maraqlıdır ki, qəzet bəzi incəlikləri də, diqqətə çəkir. Belə ki, ərə gedən oğlan nəvənin məhz dini liderin evində tərbiyə olduğu qeyd olunur.

Ərə getməyə namizəd olan Koen, bir neçə il öncə ultraordodoks yəhudilərə xas olaraq bir yəhudi qızla evlənib və iki qızı olub. Sonradan ailəsindən ayrılaraq özünün homoseksual olduğunu açıqlayıb.

Mənəvi liderin ərə gedən nəvəsinin əri də, dindar ailədəndir…

Koen üç il öncə, indi ərə gedəcəyi, sionist-yəhudi ailədən çıxan Avixay Landesmanla tanış olub. Landesmanın da ailəsi sionist-dindar ailədir.

Qəzetin yazdığına görə, Landesmanın ailəsində bu normal qarşılansada, Koenin ailəsində bununla barışa bilmirlər.

Qeyd edilir ki, toy mərasiminə 200-ə yaxın qonağın gələcəyi gözlənilir. Lakin dini liderin ailəsindən – yəni ərə gedən Koen tərəfindən qonaqların gələcəyi bilinmir.

Bu toy mərasimi İsraildə dindar qeylərin 7-ci toy mərasimi olacaq.

Qeyd edək ki, ŞAS deputatlarından olan İqal Quet məhz qey toy mərasiminə qatıldığı üçün istefaya məcbur edilmişdi. Deputat qey-qardaşı oğlunun toyuna getdiyinə görə, postundan uzaqlaşdırılması medianın gündəminə gəlmişdi.

Xatırladaq ki, İsrailin Hərbi Prokuroru da məhz qey-homoseksualdır. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...