Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsraildə on minlərlə insan yəhudi dövlətinə etiraz edir

Etirazçılar mitinqə Fələstin bayraqları ilə çıxdılar.

Tel-Əvivin mərkəzində mitinqə çıxan on minlərlə insan dövlətin yəhudi xarakter daşımasına dair qanuna etiraz ediblər.

Din.az bildirir ki, bu barədə Oxu.Az “The Independent”ə istinadla xəbər verir.

Nəşr qeyd edir ki, bəzi etirazçılar mitinqə Fələstin bayraqları ilə çıxıblar.

İyulun 19-da İsrail parlamentinin (Knesset) qəbul etdiyi qanuna əsasən, ölkə “yəhudi xalqının milli evi” elan olunub.

Qanun Qüdsü dövlətin paytaxtı elan edərək, yəhudi təqvimini rəsmi təqvim kimi tanıyıb. Həmçinin ərəb dilinin statusu da aşağı salınıb və “xüsusi” kimi səciyyələndirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...