Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsraildə Polşa səfirliyinə hücum – “Qatil”

Səfirlik binasının divarlarında Polşanın ünvanına “Qatil” ifadəsi yazılıb.

Polşanın İsraildəki səfirliyinin divarlarına faşizm simvolları və təhqir dolu ifadələr yazılıb.

Din.az xəbər verir ki, Təl-Əviv polisi faktla bağlı istintaqa başlayıb.

Səfirlik binasının təhqir dolu ifadələr və faşizm simvolları ilə hücuma məruz qalmasına Polşanın Baş naziri Mateusz Moravieckinin yəhudi soyqırımı ilə bağlı Münhen Təhlükəsizlik Konfransında çıxışı səbəb olub. Səfirlik binasının divarlarında həmçinin Polşanın ünvanına “Qatil” ifadəsi də yazılıb.

Qeyd edək ki, Mateusz Moraviecki konfransda çıxışı zamanı yəhudilərin soyqırımında nəinki almanların, həmçinin ruslar, ukraynalılar və eyni zamanda yəhudilərin də əlinin olduğunu bildirmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...