Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İsraildə səfirlik qərarı” erməniləri ikiyə böldü

Ermənilərə qarşı pozitiv münasibət dəyişə bilər …

Ermənistanın İsraildə səfirlik açmaq qərarı narazılığa səbəb olub.

Erməni qəzeti “Jamanak”ın məlumatına görə, narazılıq ən çox Yaxın Şərqdəki erməni icması, xüsusilə Livan, Suriya və İrandakı erməni diasporunda yaranıb: “Bu ölkələrdə erməni icmaları İsraillə münasibətlərin bərpasının onların yerləşdiyi dövlətlərdə ermənilərə qarşı pozitiv münasibəti dəyişə biləcəyindən qorxurlar. İndi yerli erməni partiyaları və təşkilatlar yeni reallığa necə reaksiya vermələrini müəyyənləşdirmək üçün iclaslar keçirirlər”.

Din.az Virtualaz.org-a istinadən bildirir ki, Ermənistan hökuməti İsrailin Tel-Əviv şəhərində səfirliyin açılması barədə qərarı sentyabrın 19-da keçirilən iclasında qəbul edib.

Xarici İşlər naziri Zohrab Mnatsakanyan o vaxt demişdi ki, İsrail rejimində səfirlik açılması ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək: “Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...