Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail ordusunda müsəlman döyüşçülər Qurana and içdi

Əsgərlər İsrailə sədaqət göstərəcəklərinə and içiblər

İsrail ordusunun “Çöl Qabaqcıl Birliyi”nə bağlı müsəlman əsgərlər ötən həftə keçirilən mərasimdə Qurana və silaha əl basaraq and içdi.

Orduda müsəlman əsgərlərin də olduğu ortaya çıxıb. Ötən həftə gerçəkləşdirilən mərasimdə Quran və silah üzərinə and içərək İsrailə sədaqət göstərəcəklərini ifadə edən əsgərlər üçün Sionist mediada təriflər yağdı.

“Din.az” bildirir ki, “Yedioth Aranoth” qəzetinin veridiyi xəbərə görə, İsrail ordusundakı müsəlman əsgərlərdən biri mərasimdan sonra mövzu ilə bağlı qəzetə müsahibə verib.

Xəbərə görə, “Ölkəm üçün fədakarlıq etmənin nə qədər əhəmiyyətli olduğunu burada bir daha anladım. O ölkə ki, doğulduğum, yaşadığım və bir hissəsi olmaqdan qürur duyduğum ölkə…” ifadələrini işlədərkən mərasimdə müsəlman əsgərlərin ailələri də iştirak edib.

24062016tke86c4obpdignqg-001

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir